Fondumuz indiyə qədər heç vaxt mənfəətsiz işləməyib - İlham Kələşov

11:55 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. Ötən il İpoteka və Kredit Zəmanəti Fondunun mənfəət gəliri 9 milyon 200 min manat olub.

ABC.AZ-ın məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov jurnalistlər üçün keçirilən təlimdə bildirib.

O qeyd edib ki, Fond indiyə qədər heç vaxt mənfəətsiz işləməyib.

"İpoteka və Kredit Zəmanəti Fondu həmişə mənfəətlə işləyib. İndiyə qədər Fond 100 milyon manat mənfəət gəliri əldə edib" deyə İ. Kələşov bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər