Prezident Sərəncam verdi - Gələn il “Heydər Əliyev İli” olacaq

12:04 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Prezidentin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Bütün xəbərlər