“Ulu Göyçə” tikinti şirkəti qaydaları pozdu

29.09.2022,17:17


29 sentyabr, Fineko/abc.az. Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərlərdən biri olan “Ulu Göyçə” Məhdud Məsuliyyətli Müəssisəsi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.