Neft ucuzlaşır, Brent barrel başına $87,89 təşkil edir

30.09.2022,10:02


30 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri azalır.

London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersləri saat 09:23-də bir barelə $87,89, təşkil edir ki, bu da ötən sessiyanın bağlanış qiymətdən $0,60 (0,68%) aşağıdır. 29 sentyabrda keçirilən hərracların nəticələrinə görə, bu müqavilələr $0,83 (0,93%), barrel başına $88,49-a qədər ucuzlaşıb.

Saat 09:23-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçersi bir barelə $80,98 təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun qiymətindən $0,25 (0,31%) aşağıdır. Hərracların nəticələrinə görə, sentyabrın 29-da bu müqavilələrin dəyəri $0,92 (1,12%), barrel başına $81,23-ə düşüb.