Son 3 hesabat ayında ev təsərrüfatları üzrə kredit borcları nə qədər artıb?

10:21 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi avqust ayında ölkıdə ev təsərrüfatlarının krediti artıb.

ABC.AZ-ın məlumatına görə, son 3 hesabat ayında (iyun-avqustda) isə ev təsərrüfatlarının cəmi kredit borcu 644,8 milyon manat artıb.

Əgər 2021-ci ilin sonunda ev təsərrüfatlarına kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 50,3% ikən, 2022-ci ilin avqust ayında 54% təşkil edib.

Daşınmaz əmlakın tikintisinə və alınmasına kredit qoyuluşları (ipoteka kreditləri daxil) ev təsərrüfatlarına kredit qoyuluşlarına aid edilir.

Avqustda daşınmaz əmlakın tikintisinə və alınmasına kredit qoyuluşları 49.5 milyon manat, cari ilin 8 ayında isə 351,9 milyon manat artaraq 2 milyard 835,3 milyon manata çatıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında cəmi kredit qoyuluşları 151,2 milyon manat, cari ilin 8 ayında isə 2 milyard 17 milyon manat artaraq 19 milyard 136,8 milyon manata çatıb. 

 

 

Bütün xəbərlər