Daha 10 İran şirkətinə sanksiya tətbiq etdi – Detallar

10:57 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. ABŞ İrana qarşı sanksiyalarına ara vermir. Belə ki, bu dəfə Vaşinqton adıçəkilən ölkənin neft və qaz sənayesi ilə əlaqəli 10 şirkətinə əlavə sanksiya tətbiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Sanksiyaya məruz qalmış şirkətlər İrandan neft ixracına kömək edirmişlər.

Siyahıya BƏƏ-də qeydiyyatdan keçmiş “Clara Shipping” və “Virgo Marine”, Hindistandan “Tibalaji Petrochem Private Limited”, həmçinin “Sierra Vista Trading Limited Ml”, “Holding Group Limited”, “WS Shipping Co.”, “Sophychem HK Limited” və Çində qeydiyyatdan keçmiş “Zhonggu Storage And Transportation CO” daxildir.

Yeni məhdudiyyətlərə məruz qalan şirkətlər Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə yerləşsələr də onların hamısı İranın hüquqi şəxsləri ilə bağlıdır.

 

Bütün xəbərlər