Ekoloji təmiz məhsul istehsalı üzrə yeni dövlət standartı qəbul edilib

11:30 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər” AZS 921:2022 yeni dövlət standartı qəbul edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, standart layihəsi ekoloji təmiz kənd təsərrüfatı məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında hazırlanıb.

Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” AZSTAND publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə Normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Bütün xəbərlər