Bir ayda Azexport portalına 32,8 milyon ABŞ dolları dəyərində sifariş daxil olub

12:25 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında "Azexport" portalına 32,8 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.

ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 % azdır.

Ay ərzində ixrac sifarişləri sırasında alma, xurma, pambıq yağı, fındıq ləpəsi, günəbaxan yağı, un, qarğıdalı yağı, tütün, tibbi tənzif, fındıq qabığı və s. məhsullar üstünlük təşkil edib.

2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 avqust tarixinə kimi (68 ay ərzində) portala 145 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 3,12 milyard ABŞ dolları təşkil edib.

 


Bütün xəbərlər