Azərbaycanın ən çox ixrac həyata keçirən şirkətlərinin adları açıqlanıb – Siyahı

30.09.2022,15:01


30 sentyabr, Fineko/abc.az. "İxrac icmalı”nın sentyabr sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-avqust aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Alüminium” MMC, “Baku Steel Company” MMC,  “P-Aqro” MMC, “Almeyvə” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Rose Servis” MMC, “Şimal AqroPark” MMC.