Xaricə ən çox mal satan Azərbaycanın dövlət şirkətləri - Siyahı

30.09.2022,15:07


30 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "İxrac icmalı”nın sentyabr sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.