Startaplar bundan sonra belə tənzimlənəcək - Təfərrrüat

30.09.2022,15:23


30 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankı startapların fəaliyyətini tənzimləmək üçün xüsusi tənzimləmə rejimi yaradır və bu bizneslərin bir illik fəaliyyətinə nəzarət edəcək.

ABC.AZ-ın məlumatına görə, bunu Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.

“Qanunvericilik paketinin tərkibində xüsusi tənzimləmə rejimi olan “Sandbox”un yaradılması nəzərdə tutulub. Bu o deməkdir ki, hər hansı bir startap maliyyə bazarlarına girməyi hədəfləyibsə, o gəlib tənzimlənmə rejimindən keçəcək. Mərkəzi Bank onları dəstəkləyəcək", - F. Osmanov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank 12 ay müddətində onlara dəstək göstərəcək: "Həmin startaplar müvafiq qanunvericilik çərçivəsində, hər hansı limitlər, istifadəçi sayı, əməliyyat sayı və s. çərçivədə 1 il ərzində öz fəaliyyətlərini göstərəcək. Bu müddətdə müəyyən sınaqlar, testlər ediləcək. Requlyator da bu prosesə baxacaq və müəyyən düzəlişlər edəcək. Ondan sonra isə test mərhələlərini uğurla keçdiyi təqdirdə artıq maliyyə bazarlarına daxil ola biləcək”.