Hərbçilərin pensiyası bundan sonra yeni qaydada hesablanacaq

16:02 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. Azərbaycanda hərbçilərin pensiyasının artımı yeni qaydada hesablanacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, qanunun birinci maddəsinə dəyişiklik olunur. Təminat xərcliyinə (pul təminatı) - hərbi qulluqçuların hərbixidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artimlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunun 1.0.5-ci maddəsinə təklif edilən bu dəyişiklik bu qanunun 29.1-ci maddəsinə təklif edilən dəyişiklik ilə bağlıdır.

Bütün xəbərlər