İki şəhər üzrə avtobus marşurutları müsabiqəyə çıxarılır

30.09.2022,16:20


30 Sentyabr, Fineko/abc.az. İstiqamətlər üzrə 4 istiqamət üzrə şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ABC.AZ-a verilən məlumata görə, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı, Astara – Bakı – Astara və Lənkəran – Bakı – Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarılır. Müsabiqə şərtlərinə əsasən, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara – Bakı – Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.