Azərbaycanın Dünya Bankı qarşısında bu qədər öhdəliyi var

12:19 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Azərbaycanın Dünya Bankı qarşısında öhdəliyi hazırda 400 milyon dollardır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda jurnalistlər üçün keçirilmiş təlimdə Dünya Bankının nümayəndəsi Zaur Rzayev deyib.

Əvvəllər Dünya Bankı tərəfindən Azərbaycana verilmiş kreditlərin daha uzun dövr üçün verildiyini xatırladan Z.Rzayev qeyd edib ki, hazırda bu müddət azaldılıb: "Hazırda bu müddət 13-14 illikdir. Yəni Dünya Bankı əvvəl Azərbaycana krediti 30-40 illik verirdisə, indi bu müddət xeyli azalıb".

Müəllif: Elmir Murad

Bütün xəbərlər