Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

14:19 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 3 milyard 251,9 milyon manat olub.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinin məlumatına istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 44,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 93,6 faizini təşkil edib.

 

Bütün xəbərlər