Moskvada 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək

14:39 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Oktyabrın 5-6-da Moskvada 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək.

ABC.AZ xəbər verir ki, forumda Xəzəryanı dövlətlərin baş nazirləri iştirak edəcəklər.

Forumda Xəzər ətrafındakı dövlətlərin iqtisadi əməkdaşlıq, nəqliyyat-tranzit əlaqələri, həmçinin regionda cərəyan edən prosesləri nəzərə alaraq Xəzər dənizində təhlükəsizlik məsələləri də müzakirə ediləcək.

 

Bütün xəbərlər