Bu quruma sədr təyin olundu

15:38 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin (HEQT Mərkəzi) Müşahidə Şurasının qərarı ilə Məhəmməd Fəxrəddin oğlu Quluzadə “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri təyin olunub.

ABC.AZ xəbər verir ki, bu barədə HEQT Mərkəzinin Müşahidə Şurası qərar qəbul edib.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü M.Quluzadə 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq İnsan Haqları Hüququ ixtisası üzrə magistr pilləsini bitirib. Aspirantura təhsilini 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında almışdır. Hüquq üzrə fəlsəfə doktorudur.

 

Bütün xəbərlər