Yararsız alkaqolsuz içkilər məhv edildi

03.10.2022,15:46


3 oktyabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız dəniz məhsulları və alkoqolsuz içkiləri məhv edib.

ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 200 kq dəniz məhsulları və alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.