Azərbaycan və Türkiyənin bu qurumları anlaşma memorondumu imzaladı

10:25 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Metrologiya İnstitutu (AzMİ) metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK ÜME) ilə Anlaşma Memorandumu imzalayıb.

ABC.AZ xəbər verir ki, sənədə əsasən, tərəflər səmərəliliyin artırılması üçün milli etalonların inkişafı və yenilənməsi, dövlət etalonlarının qorunması istiqamətində birgə tədqiqat fəaliyyəti, müxtəlif növ ölçmələr üçün yeni metodologiyaların hazırlanması, sahə üzrə ekspert və məsləhətçilərin cəlb edilməsi istiqamətində birgə layihələr həyata keçirəcəklər.

 

 

Bütün xəbərlər