Bu BOKT nizamnamə kapitalını kəskib artırıb

11:26 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. “Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 1 milyon manat və yaxud 4,3 dəfə artıraraq 300 min manatdan 1,3 milyon manata çatdırmağı planlaşdırır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd yeni səhm buraxılacaq.

Qiymətli kağızları BOKT-un yeganə səhmdarı - Məhəmməd Quliyev alacaq.

Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb.

Bütün xəbərlər