Gömrükdə yeni təyinatlar - Onlara vəzifə verdi

12:16 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov iki generalın yerinə müavinlərini rəis əvəzi təyin edib.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat verilib.

Qeyd edilib ki, Şahin Bağırov oktyabrın 1-də səhhəti ilə əlaqədar uzun müddətdir işə çıxmayan Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlunun sərəncama götürülməsi barədə əmr imzalayıb.

Baş Gömrük Mühafizə Xidməti rəisinin birinci müavini, polkovnik Sabir İsmayılov Xidmətə rəis əvəzi təyin olunub.

Şahin Bağırov digər əmrlə Mübariz Mustafayevi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinə rəis əvəzi təyin edib.

 

Bütün xəbərlər