Türkiyədə xarici ticarət kəsiri artıb - Detallar

14:39 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Türkiyədə sentyabrda xarici ticarət kəsiri 298 faiz artaraq 10,4 milyard dollar təşkil edib. Beləliklə, sentyabr ayında xarici ticarət kəsiri 10 milyard dolları ötüb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Türkiyənin sentyabr ayında ixracı illik 9,2% artımla 22,6 milyard dollar olub. İdxal isə 41,5% artaraq 33 milyard dollar təşkil edib.

Bununla da qardaş ölkədə sentyabrda xarici ticarət kəsiri 298,3 faiz artaraq 10,4 milyard dollara çatıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər