Türkiyədə idxal ixracı xeyli üstələyib - Xaricdən mal alışını artırıb

15:29 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr dövründə Türkiyənin ixracı 17,1 faiz artaraq 188,22 milyard dollar, idxalı isə 40,8 faiz artaraq 272,04 milyard dollar olub.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, qardaş ölkənin xarici ticarət kəsiri 158,5% artaraq 83,82 milyard dollara çatıb.

Sentyabr ayında ən çox mal ixrac edilən ölkələr; Almaniyaya ixrac 18,2% artımla 2 milyard 2 milyon dollar, ABŞ-a ixrac 0,7% azalaraq 1 milyard 378 milyon dollar, İraqa ixrac 24,3% artımla 1 milyard 277 milyon dollar olub.

Sentyabr ayında Türkiyəyə ən çox mal idxal edilən ölkələr; Rusiyadan idxal 186,7% artımla 6 mlrd 926 milyon dollar, Çindən idxal 28% artaraq 3 milyard 706 milyon dollar, İsveçrədən idxal 764,2% artaraq 2 milyard 179 milyon dollar təşkil edib.

 

Bütün xəbərlər