"Google" şirkəti istifadəçilərinin məlumatları ortaya çıxarsa bildiriş göndərəcək

04.10.2022,17:01


4 oktyabr, Fineko/abc.az. Gələn ilin əvvəlindən başlayaraq "Google" şirkəti öz istifadəçilərinin konfidensial məlumatlarının internetdə ortaya çıxdıqları halda bununla bağlı onlara bildiriş göndəriləcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, söhbət telefon nömrəsi, elektron poçt ünvanı, yaşayış ünvanı və s. kimi konfidensial məlumatlardan gedir.

"Google" bu yeni imkanı "Results about you" adlı funksiyanın istifadəyə verilməsindən sonra anons edib.

Qeyd etmək lazımdır ki, "Results about you" funksiyası vasitəsilə istifadəçilər "Google"dakı axtarış sorğularında özləri barəsində ortaya çıxan konfidensial məlumatların silinməsi üzrə şirkətə sorğu göndərə bilərlər.

Bu funksiya ABŞ-dakı bəzi istifadəçilər üçün artıq istifadəyə verilib.