Bu ölkələr kriptovalyutanın alqı-satqısını leqallaşdırıb - Siyahı

17:23 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Qazaxıstan postsovet məkanında kriptovalyutaların alqı-satqısını rəsmən leqallaşdıran dördüncü ölkə olub.

ABC.AZ-ın məlumatına görə, rəqəmsal valyutaları leqallaşdıran digər ölkələr Belarus, Ukrayna və Estoniyadır.

İndi ölkə sakinləri banklar vasitəsilə bitkoin, efir və digər rəqəmsal aktivlərlə əməliyyatlar apara bilərlər. Qazaxıstanda qəbul edilmiş qaydalara görə, kriptovalyutalarla əməliyyatlara bir sıra şərtlərlə icazə verilir.

Məsələn, kriptobirja lisenziya almalı, banklar isə bu layihəyə qoşulduqlarını bəyan etməlidirlər. Səlahiyyətlilər əməliyyatlara nəzarət və müştəri vəsaitlərinin təhlükəsizliyi üçün “ən yüksək qlobal standartlardan” danışıblar.

Müəllif: Elmir Murad

Bütün xəbərlər