Neft ucuzlaşır, Brent barrel başına $91,75 təşkil edir

05.10.2022,09:26


5 oktyabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə yüksəlişdən sonra çərşənbə günü ticarətdə neftin etalon markalarının qiymətləri azalır.

Saat 09:09-da London ICE Futures birjasında Brent neftinin dekabr fyuçerslərinin qiyməti $0,05 (0,05%) - barrel başına $91,75-ə düşdü. Oktyabrın 4-də baş tutan hərracların nəticələrinə görə, bu müqavilələr $2,94 (3,31%), barrel başına $91,80-ə qədər bahalaşıb.

Saat 09:09-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçersi $0,12 (0,14%) - barrel başına $86,40-a düşdü. Oktyabrın 4-də hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $2,89 (3,46%), barrel başna $86,52-ə qədər artıb.