Ağdamın Xıdırlı kəndinin təməlqoyma mərasimi keçirilib

10:36 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonunda səfərdə olublar.

ABC.AZ xəbər verir ki, Prezident və birinci xanım Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)  Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verib.

Sonra kəndin tikintisi və inkişaf planı barədə videoçarx nümayiş olunub.

Bildirilib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb.

Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsinin ayrılıb.

Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

 

Bütün xəbərlər