Daha 14 əmlak özəlləşdirildi - Detallar

11:56 - 5.10.2022


5 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə ABC.AZ-a nazirlikdən bildirilib. Məlumata görə, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.

Nəqliyyat vasitələrinin hərracına isə maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb.

Onlar əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013-cü illər arasında dəyişir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sKmjK)

Növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək.

Bütün xəbərlər