Visa ictimai nəqliyyatda təmassız əməliyyatların sayı kəskin artıb

05.10.2022,14:45


5 oktyabr, Fineko/abc.az. Visa şirkəti ictimai nəqliyyatda təmassız əməliyyatlarının bir il ərzində sayının ilk dəfə 1 milyard həddinə çatdığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, "Visa"nın yaydığı məlumatda bildirilir ki, ictimai nəqliyyatda bir toxunuşla ödəmə texnologiyası (tap-to-ride) sərnişinlərə gediş haqqını bank kartları və ya elektron pul kisələri vasitəsilə ödəməyə imkan verir.

Beləliklə, özünlə xırda pul daşımağa və ya nəqliyyat kartının daima dolu saxlamağı unutmamağa lüzum qalmır.

Visa-nın köməyilə təmassız ödənişlər Banqkokdan tutmuş Rio-de-Janeyro və Mexikoyadək dünyanın bir çox şəhərində geniş istifadə olunur.

Visa həmçinin ictimai nəqliyyatda Tap to Pay təmassız ödənişlər texnologiyasının 2011 ildə ilk tətbiqindən bəri şəhərlərdə hərəkətlilik sahəsində 550-dən çox təşəbbüsü dəstəkləyib.