"Yaşıl Kart" çərçivəsində işləyə bilən sığortaçıların adları açıqlanıb

05.10.2022,16:14


5 oktyabr, Fineko/abc.az. İcbari Sığorta Bürosu (İSB) "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin adlarını açıqlayıb.

ABC.AZ "Renkinq"-ə istinadla xəbər verir ki, həmin sığortaçılar "A-Qrup Sığorta", "Atasığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azərsığorta", "Bakı Sığorta", "Günay Sığorta", "Xalq Sığorta", "İpək Yolu Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Naxçıvan Sığorta" və "PAŞA Sığorta"ASC-lərdir.