Bizim sülh prosesi ilə bağlı nikbinliyimiz var - Prezident

05.10.2022,16:55


5 oktyabr, Fineko/abc.az. Bizim sülh prosesi ilə bağlı müəyyən nikbinliyimiz var.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ədavətə, nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyir:

“Bizim sülh prosesi ilə bağlı müəyyən nikbinliyimiz var. Çünki bu yaxınlarda, bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bu cür ilk görüşü keçirildi. Biz ümid edirik ki, bu çox vaxt almayacaq. Biz 28 il boyunca Qarabağ münaqişəsinə dair danışıqlarda olduğu kimi, ermənilərin razılığa gəlməmək üçün adətən istifadə etdikləri taktikalarını bilirik. Əgər bu davam etsə, onda sülh olmayacaq. Əgər Ermənistanın seçimi budursa, bu o mənaya gəlir ki, onlar digər ciddi səhvi edəcəklər. Onlar bizi az qiymətləndirdilər. Onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını az qiymətləndirdilər və ona görə də bunun bədəlini ödəməli oldular. İki il öncə baş vermiş müharibə Azərbaycan ərazisində həyata keçirilib. Beləliklə bu bir daha bizim mövqeyimizi sübut edir və nümayiş edir ki, 1 milyondan çox həmvətənimizin çəkdiyi əziyyətlərə baxmayaraq, biz ədavətə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Biz müvəffəq olacağıq ya yox, bunu görəcəyik. Əmin deyiləm, lakin ən azından biz bu istiqamətdə irəliləyirik”.