Azərbaycan xalçaları Çin Xalq Respublikasında keçirilən Çinqay Beynəlxalq Xalça Sərgisində təmsil olunur

22:36 - 4.06.2018


4 iyun, Fineko/abc.az. 2018-ci ilin 2-6 iyun tarixində Çin Xalq Respublikasının Sinin şəhərində Çinqay Beynəlxalq Xalça Sərgisi keçirilir. Sərginin əsas məqsədi qədim, ənənəvi və müasir üslubda toxunulan xalçaların nümayişi və xalça istehsalı ilə məşqul olan şirkətlərin Çin bazarı üzrə marşrutun genişləndirilməsindən ibarətdir.

Sərgidə 50-dən çox ölkənin xalça sahəsində aparıcı asssosiyasiyaları, tanınmış beynəlxalq nəşr və xalça istehsalı ilə məşğul olan şirkətlərlərin nümayəndələri iştirak edirlər.

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrinə aid ənənəvi xalça nümunələri, milli geyimlər, zərgərlik inciləri, eləcədə ölkəmizin xalça toxuma texnikası nümayiş edilir. Burada bir sıra ölkələr tərəfindən keçirilən ustad dərslərdə Qarabağın zəngin xalça mədəniyyəti və xovlu xalça texnikasıda göstərilmişdir.

Azərbaycanın güşəsinə böyük maraq göstərən yerli və xarici ziyarətçi və media nümayəndələrinə ölkəmizin qədim adət ənənələrindən irəli gələn xalça sənəti və onun xalqımızın gündəlik həyatındakı rolu haqqında dolğun məlumat verilir.

Sərgi çərçivəsində keçirilən dəyirmi masa və konfransda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi nümayəndələr fəal iştirak etmiş və xalça sahəsi üzrə əməkdaşlıq imkanlarının daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.

Çin Xalq Respublikasında keçirilən Çinqay Beynəlxalq Xalça Sərgisində Azərbaycanın müxtəlif bölgələrinə aid xalçaların nümayiş olunması onların geniş auditoriyaya tanıdılmasına töhfə olmuşdur.

Bütün xəbərlər