Rusiyada Azərbaycana məxsus 7 ton məhsul məhv edilib

12:08 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva üzrə idarəsi, Azərbaycandan bu ölkəyə ixrac edilmiş 6,9 ton təzə nektarində karantin obyekti aşkarlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə məlumatı "Rosselxoznadzor" yayıb.

Məlumatda qeyd edilib ki, yoxlamalar sentyabrın 29-da “Food Logistic” MMC-nin müvəqqəti saxlama anbarında aparılıb. "Rosselxoznadzor" yük sahibinə çirklənmiş məhsullarla bağlı tədbirlər görülməsi barədə bildiriş verib. Yük sahibi isə onu məhv edib.

Qeyd edək ki, mövsümün əvvəlindən bəri "Rosselxoznadzor" Azərbaycandan Moskva vilayətinə daxil olmuş 450-dən çox avtomobili yoxlayıb və ümumilikdə 8,5 min tondan çox təzə nektarinlə bağlı karantin fitosanitar nəzarəti həyata keçirib.

Bütün xəbərlər