Bir ayda Azərbaycana bu qədər əcnəbi gəlib

06.10.2022,14:53


6 oktyabr, Fineko/abc.az. Sentyabrda ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən ABC.AZ-a bildirilib ki, ötən ay Azərbaycana 158 803 əcnəbi səfər edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 faiz çoxdur.

Belə ki, ötən ilin sentyabrında ölkəyə 72 688 nəfər gəlib.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə ölkəyə 1 162 949 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126 faiz artım qeydə alınıb.

Belə ki, ötən 2021-ci ilin ilk 9 ayında ölkəyə 515 280 xarici turist səfər etmişdi.