Son bir ayda Azərbaycana ən çox hansı ölkələrdən əcnəbi gəlib?

06.10.2022,15:08


6 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Turizm Agentliyi sentyabrda ölkəyə gələn əcnəbilərin sayını açıqlayıb. Məlum olub ki, sözügedən dövrdə Azərbaycana 158 803 əcnəbi səfər edib.

ABC.AZ xəbər verir ki, ən çox turist Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandan (5432) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 29,07, Türkiyə üzrə 18,58, Yaxın Şərq üzrə 11,35, İran üzrə 10,53, Cənubi Asiya üzrə isə 9,32 faiz olub.

Bu ilin ilk 9 ayında ən çox əcnəbilərin gəldiyi top 15 ölkənin statistikasına görə, Rusiyadan 309 min, Türkiyədən 228 min, İrandan 128 min, Səudiyyə Ərəbistanından 86 min, Gürcüstandan 56 min, Pakistandan 38 min, Hindistandan 36 min, BƏƏ-dən 27 min, Qazaxıstandan 22 min, Ukraynadan 21 min, İsraildən 20 min, Küveytdən 19 min, Özbəkistandan 18 min, Omandan 16 min, Birləşmiş Krallıqdan isə 13 min əcnəbi gəlib.