Naftalanda Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayacaq

06.10.2022,15:34


6 oktyabr, Fineko/abc.az. Sabah Dövlət Turizm Agentliyi Naftalan rayonunda Turizm İnformasiya Mərkəzinin (TİM) açılışını edəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yeni TİM-ə hələ ki, rəhbər təyin edilməyib.

Bununla ölkədəki TİM-lərin sayı 12-yə çatacaq. Bundan əvvəl Bakı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Gəncə, Bərdə, Lənkəran və Şəkidə TİM-lər açılıb.

Açılış mərasimi çərçivəsində Naftalanda həmçinin sağlamlıq turizmi ilə əlaqədar konfrans işinə başlayacaq.