“Baku Summer Jazz Days” festivalının açılışı olub

22:55 - 4.06.2018


4 iyun, Fineko/abc.az. İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Premier Art Managment” prodüser agentliyinin dəstəyi ilə “Baku Summer Jazz Days” Beynəlxalq Caz Festivalının açılışı olub.

Festivalın açılışında çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda növbəti möhtəşəm caz festivalının keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Diplomat bu axşam tanınmış israilli musiqiçi Avişay Koenin öz kvarteti ilə cazsevərlərin qarşısında çıxış edəcəyini diqqətə çatdırıb və festivalın bütün iştirakçılarına uğurlar arzulayıb.

Sonra tamaşaçılar Avişay Koen və qrupunun ifasını dinləyiblər.

Qeyd edək ki, “Baku Summer Jazz Days” festivalı iyunun 8-dək davam edəcək. Bütün bu günlər ərzində paytaxt sakinləri və qonaqlarını populyar musiqiçilərin maraqlı çıxışları gözləyir.

Bütün xəbərlər