“Unicapital" İnvestisiya səhmdarlarına 800 min manat dvident ödəyib

06.10.2022,17:12


6 oktyabr, Fineko/abc.az. “Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 800 min manat məbləğində dividend ödəyib.

ABC.AZ xəbər verir ki, bu barədə Şirkətdən bildirilib.

Dividend ödənişi barədə qərar “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında  qəbul edilib.

Qeyd edilib ki, şirkətin Bakı Fond Birjasında ticarət olunan səhmlərin sayı 100 000 ədəddir.

Nominal dəyəri 3 AZN olan hər bir səhminə ödənilmiş dividend məbləği 8 AZN təşkil edib.