Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur - Baş nazir

06.10.2022,17:23


6 oktyabr, Fineko/abc.az. Oktyabrın 6-da Moskvada 2-ci Xəzər İqtisadi Forumu öz işinə başlayıb.

ABC.AZ xəbər verir ki, Forumda Baş nazir Əli Əsədov iştirak edib.

Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.

Daha sonra 2-ci Xəzər İqtisadi Forumunun plenar iclası baş tutub.

İclasda çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.

Qeyd olunub ki, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti maraqların qarşılıqlı nəzərə alınması, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.