Praqada dəyirmi masa keçirilib - İlham Əliyev tədbirdə çıxış edib

10:18 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dəyirmi masada çıxış edən Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb.

Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək bu xüsusda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı xatırladıb ki, oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri bu xüsusda görüş keçiriblər. Sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qısa zaman kəsiyində başa çatdırılmalıdır.

Bütün xəbərlər