Saxlanılan Lənkəran RİH-in baş memarı barədə təqdimata baxılıb

10:35 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Lənkəran Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib və saxlanılanlar var. Saxlanılanlardan baş memarı Elgün Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Elgün Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev saxlanılıb.

Bütün xəbərlər