"Tesla Azerbaijan” şirkətinin rəhbərinə vəzifə verildi

10:47 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. Yeni yaradılan Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutuna direktor təyin olunub.

ABC.AZ xəbər verir ki, yerli mətbuatda qeyd olunub ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılovun əmri ilə Dadaşev Mir Mövsüm Anar oğlu təyin edilib.

Qeyd edək ki, Mir Mövsüm Dadaşev xaricdə təhsil proqramı çərçivəsində Şotlandiyanın Edinburq şəhərindəki eyniadlı universitetdə, "Business & Accounting” fakültəsinin həm bakalavr, həm də magistr dərəcələrini alıb.

Ötən ilin oktyabr ayında Azərbaycanda yeni "Tesla Azerbaijan” adında şirkətini təsis edib.


Bütün xəbərlər