Mərkəzi Bank 29 sığorta agentinin lisenziyasını ləğv etdi

11:06 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank 29 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

ABC.AZ bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar oktyabrın 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Qərara əsasən, onlardan 1-nin lisenziyası könüllü müraciət əsasında, 28-nin lisenziyası isə onun qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilməsi səbəbi ilə ləğv edilib (Siyahı ilə buradan tanış ola bilərsiniz).

Bütün xəbərlər