Qarabağdakı ermənilərlə bağlı mövzu Azərbaycanın daxili işidir - Prezident

12:20 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. "Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla".

ABC.AZ xəbər verir ki, bunu prezident İlhəm Əliyev, oktyabrın 6-da Praqada, Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti Qarabağ danışıqlarından sonra Azərbaycan mətbuatına verdiyi müsahibədə bildirib.

Dövlət başçısı qeyd edib ki, Qarabağda yaşayan ermənilərlə bağlı mövzu Azərbaycanın daxili işidir və sülh müqaviləsində bu məsələyə toxunulmayacaq: “Bu, bizim daxili işimizdir, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz”.

Bütün xəbərlər