Bakı Nəqliyyat Agentliyi yeni video idarəetmə sistemini daxil edir

11:16 - 24.10.2017


Bakı Nəqliyyat Agentliyi (BNA) tender elan edib.

Tender komissiyasının məlumatında deyildiyi kimi, tenderin predmeti, video idarəetmə xidmətlərinin (Milestone VMS) göstərilməsi, həmçinin back-up (IBM Storage şəbəkəsi və Cisco serveri həlli) sistemlərindən ibarətdir.

Tender komissiyasının məlumatına əsasən, prosedur 1 lotdan ibarət olacaq, hər iştirakın qiyməti isə

5 000 manat təşkil edəcək.

“Təkliflər 28 noyabr tarixinə  qədər qəbul edilir. Tender proseduru 7 dekabr tarixində, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 111 ünvanında, saat 12:00-də keçiriləcək”, - xəbərdə belə deyilir.

 

Bütün xəbərlər