Macarıstan Azərbaycanda: İri Sənaye Müəssisələri “Qarabağın Bərpası, Yenidən Qurulması və İnkişafı” 2-ci sərgisində iştirak edəcklər.

12:20 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az.  19-21 oktyabr 2022-ci il tarixlərində Bakıda 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi (Rebuild Karabakh 2022) keçiriləcək. Sərgidə həm yerli, həm xarici şirkətlər, həm də eyni məkanda öz unikal təcrübəsini, innovativ həllərini və region üçün investisiya təkliflərini nümayiş etdirmək istəyən təşkilatlar iştirak edir. “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) üzrə Macarıstan şirkətlərinin stendi, “HEPA Macarıstan ixrac Agentliyi” tərəfindən təşkil olunur. “HEPA” Agentliyi, Macarıstan müəssisələrinə biznesin təşkilində (o cümlədən Avrasiya İqtisadi Birliyi (AİB) dövlətləri ərazisində) yardım və onlarla iqtisadi əlaqələrin qurulması üzrə məsuliyyət daşıyır.

Sərgi, şirkət və dövlət strukturlarının nümayəndələri arasında dialoq üçün kommunikasiya platformasının yaradılmasına imkan verəcək. Sərgidə təqdim olunan müxtəlif sektorlar isə, Qarabağda birgə layihələrin həyata keçirilməsi məqsədilə şirkətlərin nümayəndələri arasında yeni müqavilələrin bağlanmasına imkan yaradacaq.

İkinci Azərbaycan sərgisində HEPA Macarıstan ixrac Agentliyi “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” adlı geniş işgüzar proqramda Macarıstan istehsalçılarının maraqlarını təmsil edəcək:

Graboplast: Bu sərgidə artıq ikinci dəfə iştirak edəcək və öz məhsullarının yeniliklərini təqdim edəcək. Şirkətin əsas məhsulu, ən müasir texnologiyalardan istifadə etməklə üç zavodda istehsal olunan döşəmə örtükləridir. Şirkət istehsal olunan materialları daima təkmilləşdirir və bazar tələblərinə cavab verməyə çalışır.

V-Híd: Sərginin daimi iştirakçısıdır və artıq Azərbaycanda öz layihələrindən birinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparır. Əsas fəaliyyət növü həm Avropa tipli, həm də digər növ dəmir yolların layihələndirilməsi, çəkilməsi, modernləşdirilməsi və təmiridir. Təşkilat həmçinin dəmir yolları üçün körpülərin, hündür magistral və təhlükəsizlik qurğularının layihələndirilməsi və tikintisi ilə məşğul olur.

Ganz Danubius Watercraft and Crane kft.: Mərkəzi Avropanın qədim gəmiqayırma şirkəti, özünün yarım əsrdən artıq tarixi boyunca bir neçə min gəmini, üzən və portal kranlarını, dəniz və çay təyinatlı digər liman qaldırıcı-nəqliyyat avadanlığını stapellərdən suya endirmişdir.

Hazırda “GANZ Danubius” şirkətinin vizit kartı aşağıdakılardır:

üzən kranlar, özüboşalan torpaqdaşıyan şalandalar/barjlar (split-barjlar), üzən və portal kranlarının yenidən qurulması / modernləşdirilməsi.

Variosystem-Group Kft.: Şirkət, teztikilən evlər və onlar üçün komplektləşdiricilər istehsal edir. Əsas diqqət öz məhsullarının iqtisadi, ekoloji və qiymət əlçatanlığına yönəldilir. Həm hazır, standart həllər, həm də sifarişçinin istəyinə uyğun olaraq fərdi plan üzrə evlərin tikiləməsini təklif edir. İstehsalçı, xüsusi hava izolyasiyası texnologiyası sayəsində CO2 emissiyalarının azaldılmasına zəmanət verərək, ətraf mühit üçün məhsulların təhlükəsizliyinə xüsusi diqqət yetirir. Ən yeni materialların tətbiqi isitmə xərclərini də 30-50% azaltmağa imkan verir.

Bázismag kft: Bilavasitə taxıl istehsalçıları və elmi mütəxəssislərlə daimi əlaqəyə xüsusi diqqət yetirir ki, bu da onun hibridlərini modifikasiya edib bazarın dəyişkən şərtlərinə uyğunlaşdırmağa imkan verir. Əsasını, yüksək məhsuldarlığı və əyilməyə, quraqlığa və xəstəliklərə qarşı yüksək davamlılığı olan payızlıq və yazlıq hibrid buğda, yemlik arpa, tritikale, yulaf, noxud və rapsdan ibarət geniş  istehsal xətti təşkil edir. Şirkət, təbəqəli yumşaq buğdanın ən qədim növlərindən biri olan spelta – yüksək məhsuldarlıqlı toxumçuluq materialı istehsal edir. Bu buğda, tez yetişməsi, əlverişsiz şəraitə davamlılığı və qlütenin az olması ilə fərqlənir. Həmçinin, zərərvericilərə qarşı dayanıqlılıq, cüzi suvarma, yüksək məhsuldarlıqla xarakterizə olunan geniş çeşiddə FAO 150-500 hibrid qarğıdalı toxumları istehsal edir.

Metmark Kft.: Avropa və Macarıstan istehsalçılarından olan metal məmulatlar və tikinti komponentlərinin eksklüziv təchizatçısıdır (Macarıstan). Şirkət NATO tipli tikanlı məftil, müxtəlif məqsədlər üçün perforasiya olunmuş metal lövhələr, həmçinin şüşə lif və polimer lövhələr təqdim edir. Təchizatçının assortimentində tikintidə istifadə olunan nöqtəli qaynaq şəbəkələri var.

Phönix Control Kft: Şirkət neft, kimya və əczaçılıq sənayesi, eləcə də enerji sektorunun müxtəlif sahələri üçün maye səviyyəsinin ölçülməsi üçün məhsullar istehsal edir. Şirkət həmçinin bu sahələrdə nəzarət və təhlükəsizliyin təmin edilməsi üçün geniş çeşidli avadanlıqlar istehsal edir. Bunların sırasında, təhlükəsizlik klapanları (aşırı doldurulmaya qarşı) (standart və kombinə edilmiş alov söndürənlərlə), yağışəleyhinə qapaqlı alov söndürənlər, maqnit səviyyəölçənlər və s. qeyd etmək olar.

Vibrocomp Kft.: Bu konsaltinq şirkəti, mülki tikinti sahəsində ixtisaslaşmışdır. Şirkət səs-küy, hava və vibrasiya ilə ətraf mühitin çirklənməsinin nəticələrinin yumşaldılmasının proqnozlaşdırılması, ölçülməsi, modelləşdirilməsi və planlaşdırılması sahəsində innovativ və yüksək keyfiyyətli yanaşmalarla texnoloji həllər və texniki yardım xidmətləri təqdim edir. Şirkət, ətraf mühit və iş yerləri üçün risklərin qiymətləndirilməsini, səs-küyün, havanın və vibrasiyanın monitorinqini, təsirlərin azaldılması üçün həllərin hazırlanmasını təqdim edir. Bundan əlavə, şirkət layihələndirmə və qərar qəbuletmə prosesini, həmçinin cəlb olunmuş tərəflərin əlaqələndirilməsini asanlaşdırmaq üçün konsultasiyalar təklif edir.

Oktyabrın 19-21-də baş tutacaq 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi (Rebuild Karabakh 2022) Qarabağ reallıqlarını və imkanlarını potensial investorlara və beynəlxalq şirkətlərin nümayəndələrinə nümayiş etdirməyə imkan verəcəkdir.

Macarıstanın sənaye istehsalı yüksək səviyyədədir ki, bu da Macarıstan şirkətlərinə Avropa İttifaqı üzrə həmkarları ilə rəqabət aparmağa imkan verir. Belə ki, təcrübə, faydalı bilikləri bölüşmək və Azərbaycan tərəfdaşlarını yüksək Avropa keyfiyyətinə malik məhsullarla tanış etməyə şərait yaradır. Macar istehsalçıları, Bakıda keçirilən builki sərgidə bir çox şey təqdim edəcəklər.

2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi (Rebuild Karabakh 2022) 19-21 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 515 ünvanında keçiriləcək.  Sərginin proqramı və iş saatları haqqında daha ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz.

Bütün xəbərlər