Azərbaycan Avropa İttifaqının enerji tələbatının 5%-ni təmin edir

11:37 - 5.06.2018


5 iyun, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında IV Biznes Forum keçirilir.

Forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, Aİ ölkənin əsas iqtisadi tərəfdaşlarından biridir.

“AB ölkələrinin Azərbaycanın xarici ticarət əlaqələrindəki payı 2017-ci ilin sonunda 42% təşkil etmiş, yanvar-aprel aylarında da həmçinin 42% artım qeyd edilmişdir. Azərbaycanla Aİ arasındakı ticarət dövriyyəsinin həcmi 9,4 milyard dollara çatdırılıb. 9 il ərzində Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 50,3 milyard avro sərmayə qoyub. Hazırda ölkədə 1500 Avropa şirkəti  fəaliyyət göstərir”, - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, Avropa ölkələri ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etmək lazımdır. Azərbaycan Avropanın enerji tələbatının 5%-ni təmin edir.

“1992-ci ildən Avropa İttifaqı öz inkişaf proqramları çərçivəsində Azərbaycana 600 milyon avro həcmində sərmayə qoymuşdur”, - deyə Rüfət Məmmədov bildirib.

 

Bütün xəbərlər