Dövlət Agentliyi tibbi ləvazimatlara 22 milyon manat xərcləyəcək

11.10.2022,10:17


11 oktyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs "Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması ilə bağlı keçirdiyi tenderləri yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, Agentlik qalib şirkət olaraq "Gill Med" Qapalı Səhmdar Cəmiyyəti və "Diamed Co" Məhdud Məsuliyyətli Cəmiyyətini seçib.

Agentlik "Gill Med" şirkətilə məbləği 18 milyon 316 min 904 manat, "Diamed Co" şirkətilə məbləği 3 milyon 669 min 459 manat olan müqavilə imzalyıb. İki müqavilənin cəmi məbləği 21 milyon 986 min 363 manatdır.