TƏBİB sədri türkiyəli mütəxəssisə vəzifə verdi - Foto

11.10.2022,15:09


11 oktyabr, Fineko/abc.az. Türkiyəli mütəxəssis, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib.

ABC.AZ xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.