Azərbaycanda gömrük islahatları paketi hazırlanır

13:17 - 5.06.2018


5 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük islahatları paketini hazırlayır.

DGK-in sədri Səfər Mehdiyev bildirib ki,  təkliflər dövlət başçısının tapşırığı ilə hazırlanır.

“Paketin hazırlanması çərçivəsində xarici ticarət fəaliyyətinin iştirakçılarına 4sorğu göndəriləcək: gömrük qanunvericiliyində dəyişikliklərə dair sorğu, şəffaflığın təmin edilməsinə dair sorğu, elektron xidmətlərin keyfiyyəti, həmçinin bu sahədə korrupsiyaya qarşı mübarizə ilə bağlı sorğu”, - deyə Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, DGK artıq birgə fəaliyyət üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

“Sorğulara veriləcək cavablar gömrük islahatları paketinə daxil ediləcək”, - deyə Səfər Mehdiyev bildirib.

 

Bütün xəbərlər